SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

15.11.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən 15 nömrəli orta məktəbdə Milli Dirçəliş Günü ilə əlaqədar “Milli şüurun oyanışı” adlı şifahi məlumatlandırma keçirilib. Tədbir 15 nömrəli orta məktəbin 6-cı sinfində keçirildi.Kitabxananın multimedia üzrə mütəxəssisi Lalə Muradova Milli Dirçəliş Günü ilə bağlı şagirdlərə məlumat verərək bildirdi ki, 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla Ermənistanın təxribatlarına və 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasının ikili, qərəzli siyasətinə qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1992-ci ildən 17 noyabr Azərbaycanın tarixinə Milli Dirçəliş Günü kimi daxil edildi və ömrünü siyasətə, qurub – yaratmağa həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri sayəsində xalqın birliyi gün-gündən daha da gücləndi. Məhz bu gündən 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur.