SumgaitLibrary

+994 186520087


"Gənclərin söz dünyası"

14.08.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubu və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə "Gənclərin söz dünyası" adlı tədbir keçirilib.Kitabxana Klubda keçirilən görüşdə gənc şairlər Aygün Yaşar, Elşad Xaqan, Gülnar Ümid, Elvin İntiqamoğlu, Ümid Abbas iştirak ediblər. Klubun müdiri Ülviyyə İsayeva tədbir iştirakçılarını salamlayaraq, gənclərin həyatımızdakı rolu və vəzifələrindən danışıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin beynəlxalq miqyasda qeyd edilən Gənclər Gününün əhəmiyyətindən söz açaraq gəncləri təbrik edib. Şəhid anası Ruhiyyə Əhmədova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru m. i. e. Natəvan Axundzadə, yazıçı Mənsurə Xələfbəyli, gənc yazıçı Amin Namaz və şair Vüsal Ağayev çıxış edərək belə tədbirlərin keçirilməsinin gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar. Sonra şairlər şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıblar. Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qonaqlara və iştirakçılara təşəkkürünü bildirib.