SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Yayı kitabla keçirək”
14.08.2022-ci il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxana “Yayı kitabla keçirək” layihəsinə əsasən açıq havada sərgi təşkil edib. Sərgidə əsasən Azərbaycan və dünya ədəbiyyatından bədii ədəbiyyat nümunələri nümayiş etdirilib. Layihənin təşkil edilməsində məqsəd yeniyetmə və gənclərin mütaliəyə cəlb edilməsidir. Kitabxananın əməkdaşları sərgi ilə maraqlanan oxuculara onların özünəməxsus marağı və mütaliə tələbatını nəzərə almaqla kitablar tövsiyyə ediblər. Eyni zamanda onlara sistemli, ardıcıl və istiqamətli mütaliə üçün kitabxanaların fəaliyyətindən istifadə etmək təklif edilib.