SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

14.08.2022-ci il tarixində Gənclər Kitabxanasında "Xalq təbabəti xəzinəsindən" adlı biblioqrafik xülasə keçirilmişdir. Kitabxana müdiri Sona Eminova dərman bitkilərinin, müxtəlif yemək məhsullarının, təbii dərman və məcunların müalicəvi əhəmiyyəti, sağlam qidalanma mədəniyyəti, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən, xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsinin hal-hazırda ölkə başçısının daim diqqət mərkəzində olduğunu vurğulamış, qeyd etmişdir ki, son dövrlərdə bütün dünyada yenidən təbii vasitələrlə müalicə metodları üstün tutulmuş, tibbi irsə olan maraq və münasibət köklü surətdə dəyişmişdir.Artıq dünyada bu vasitələrlə müalicə metodlarına böyük meyl göstərilir. Ölkəmizdə də bu sahədə ilk addımlar atılmış, bir sıra işlər görülmüşdür.Oxucular və mütəxəssislər üçün maraqlı olduğunu nəzərə alaraq keçirilən tədbirdə xalq təbabətinə dair kitab və dövrü mətbuat materiallarının geniş xülasəsi verilmişdir.