SumgaitLibrary

+994 186520087


“Əziz Şuşa, sən azadsan!”

08.08.2022-ci il taixində Gənclər Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq “Əziz Şuşa, sən azadsan!” adlı açıq qapı günü (sərgi) keçirilmişdir. Kitabxana müdiri Sona Eminova bildirib ki, artıq ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O vurğulayıb ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. O, hazırda Şuşada intensiv quruculuq işlərinin aparıldığını, şəhərdə mədəni və tarixi əhəmiyyət kəsb edən ardıcıl tədbirlərin keçirildiyini, bu qəbildən Cıdır düzündə Xarıbülbül festivalının baş tutduğunu, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışlarının olduğunu, Vaqif Poeziya Günləri ənənəsinin bərpa edildiyini vurğulayıb.Həmçinin Qarabağ zəfərimizin itkisiz başa gəlmədiyini, düşmənlə savaş meydanında minlərlə Azərbaycan gəncinin canını, sağlamlığını qurban verməli olduğunu təəssüflə yada salıb: “Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq! Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz hər zaman qəlbimizdə olacaqlar.