SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

05.08.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Xurşudbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatının “dürrü, yektası” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Zübeydə Məmmədova açaraq XIX əsr Azərbaycanın görkəmli şairəsi, rəssamı, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Tədbirin sonunda Xurşudbanu Nətavana həsr edilmiş videoçarx nümayiş etdirildi.