SumgaitLibrary

+994 186520087


Kino saatı

02.08.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 2 avqust Azərbaycan Milli Kino Günü ilə əlaqədar “Azərbaycanın kino salnaməsi” adlı kino saatı keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının baş mütəxəssisi Leyla Mahmudova Azərbaycan kinosunun yaranma tarixindən, kinomuzun keçdiyi inkişaf yolundan bəhs edib və qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. “Azərbaycanfilm” də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onlardan “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüblər. Sonra Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən, XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xana həsr olunan “Cavad xan” filminə baxış keçirilib. Film tədbir iştirakçılarında gözəl təssürütlar yaradıb.