SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

02.08.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement bölməsində Seyid Hüseynin anadan olmasının 135 illiyi ilə əlaqədar Qumral Sadıqzadənin “Son mənzili Xəzər oldu” Xatirə ədəbiyyatı silsiləsindən bir kitabın xülasəsi keçirilmişdi.Abonement bölməsinin əməkdaşı Gülarə Məhərova Qumral Sadıqzadənin “Son mənzili Xəzər oldu” kitabı haqqında oxuculara ətraflı məlumat verdi.Bildirdi ki, əsərdə Seyid Hüseynin 1920-ci ildən – 1937-ci ilə qədər həyat və fəaliyyətindən bəhs edilir.Kitab elmi – şəxsi arxiv materialları əsasında işlənmiş, milli adət-ənənələrimizi və etnoqrafiyamızı sənətkarlıqla əks etdirir.