SumgaitLibrary

+994 186520087


“Ana dilimzin tarixi yolu”

01.08.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin 5e sinif şagirdlərinin iştirakı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Ana dilimizin tarixi yolu” adlı şeir dəqiqələri keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının baş mütəxəssisi Leyla Mahmudova bu günün təsis olunma tarixi, ana dilimizin inkişafına dövlətimizin diqqəti və qayğısı, Azərbaycan dilinin tarixi inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. Sonra, 5e sinif şagirdləri görkəmli Azərbaycan şairlərinin ana dilimiz haqqında yazdığı şeirlərini, ana dili haqqında deyilən hikmətli sözləri söyləyiblər. Kitabxananın fəal oxucusu olan Fərid Gülməmmədovun ana dilimiz haqqında söylədiyi məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda L.Mahmudova Azərbaycan dilinin tarixindən, dilimizin ahəngdarlığından bəhs edən kitablar və dövri mətbuat materiallarını özündə əks etdirən “Əsrlərin, nəsillərin yadigarı – Ana dilim!” adlı sərgi haqqında məlumat verib.