SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Əylənək, oynayaq, kitabı da unutmayaq”
25.07.2022-ci tarixində Mərkəzi Uşaq Kitabxanasında “Kids Academy” tədris mərkəzinin yay məktəbinin Rus və Azərbaycan qrupunun şagird, müəllim və valideynlərinin iştirakı ilə “Yayı kitabla keçirək” layihəsi çərçivəsində “Əylənək, oynayaq, kitabı da unutmayaq” adlı tədbir keçirilib. Kitabxananın baş mütəxəssisi Leyla Mahmudova öncə balacalara kitabın insanın həyatında rolu haqqında məlumat verərək körpə fidanları kitabla rəftar, kitabxanadan istifadə və yazılma qaydaları ilə tanış edərək kitabxananın abonement, oxu zalı, kitabxana fondu və nağıl otağı ilə tanış edib. Sonra tədbir kitabxananın oxu zalında davam edib. Uşaqlar onlara kitabxana əməkdaşı tərəfindən rus dilində ünvanlanan tapmacaları və rus nağıl qəhrəmanları haqqında sualları sevə-sevə cavablandırıblar, özləri isə bir-birindən maraqlı şeirlər və nağıllar söyləyiblər. Daha sonra uşaqlar L.Mahmudovanın S.Mixalkovun “Три поросёнка” nağılı əsasında hazırladığı videoçarxa tamaşa ediblər. Tədbir, kitabxanaya ekskursiyaya gələn uşaqların böyük marağına səbəb olub. Sonda “Kids Academy” tədris mərkəzinin müəllimələri Bikə Qurbanova və Viktoriya Hüseynova maraqlı və yaddaqalan tədbirə görə kitabxana əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.