SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

24.07.2022-ci il tarixində Gənclər Kitabxanasında məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr Dümanın 220 illik yubileyilə əlaqədar “Macəra romanlarının “atası” adlı ədəbiyyat saatı keçirilmişdir. Kitabxana müdiri Sona Eminova məşhur yazıçının həyat və yaradıcılığı haqqında məlumat vermiş, qeyd etmişdir ki, “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, ”Qara zanbaq” və sair bu kimi məşhur əsərlərin müəllifi Aleksandr Dümanın yaradıcılığı Azərbaycan xalqı tərəfindən də maraqla qarşılanır və böyük oxucu kütləsi toplayır. Onun əsərləri demək olar ki, bütün dünya dillərinə tərcümə edilərək, nəşr olunmuş, ən tanınmış rejisorlar tərəfindən dəfələrlə ekranlaşdırılmışdır. A.Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış, peşəkar jurnalist kimi də tanınmışdır. Düma çoxlu səfərlər edib, o cümlədən Qafqaza, Azərbaycana da gəlib. Yazıçı Quba, Bakı, Şamaxıda olmuş, o cümlədən Şuşada Xurşidbanu Natəvanla görüşmüşdür. Səfərdən qayıtdıqdan sonra yazıçı qələmə aldığı “Qafqaza səfər” əsərində Natəvanla görüşü xoş xatirələrlə təsvir edir, onu ziyalı, maarifpərvər şəxsiyyət kimi təqdim edir. Qafqaza səfər ona o qədər güclü təsir göstərmişdi ki, Düma hətta Fransada “Qafqaz” adlı qəzet də nəşr etməyə başlayır.