SumgaitLibrary

+994 186520087


Maarifləndirmə saatı

23.07.2022-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Səməd Vurğun adına Mərkəzi kitabxana tərəfindən 2022-ci ilin “Elm və texnologiya ili” elan edilməsi ilə əlaqədar “Texnoligiya dünyasından yeniliklər” adlı maarifləndirmə saatı keçilrilib.Kitabxananın əməkdaşı Məlahət İsgəndərova XX əsrin sonunda və XXI əsrin ilk onilliyində böyük sürətlə inkişaf edən müasir texnologiyaların və innovasiyaların, xüsusi-lə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətdə və bütövlükdə dünyada yaratdığı dəyişiklikləri, onların müsbət və mənfi cəhətləri haqqında oxuculara maraqlı məlumatlar verib. Bildirib ki, müasir dünya çox sürətlə dəyişir. Bu dəyişikliklərin əsas hissəsini texnoloji yeniliklər təşkil edir. Bir neçə ildən sonra bəlkə də bütün monoton işləri robotlar görməyə başlayacaqlar. İnternet texnoloji inkişafların yalnız bir nümunəsidir. Texnoloji ixtiralar və ümumiyyətlə tərəqqi insanların həyatına çox müsbət təsir göstərmişdir. Texnoloji irəliləyişlər və təkmilləşdirmələr gündəlik həyatın bir hissəsi olan və təhsil, elm, sənaye, ticarət və s. kimi bütün insanlara lazım olan bir çox insana kömək edir.