SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

22.07.2022-ci il tarixində N.Gəncəvi adına Kitabxana Klubda Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar “Milli mətbuatımız bu gün”adlı informasiya saatı keçirilmişdir.Tədbirdə çıxış edən multimedia mütəxəssisi Ağayeva Lalə ilk növbədə bu günün təsis olunma tarixi haqqında məlumat verərək bildirdi ki, iyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 147 yaşı tamam olur. Azərbaycan dilində yayımlanan ilk qəzet olan “Əkinçi” nin ümumilikdə 56 sayı buraxılmış, 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin redaktoru Həsən bəy Zərdabi idi. Dövrünün görkəmli ədibləri olan şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.