SumgaitLibrary

+994 186520087


Ekskursiya

20.07.2022-ci il tarixində Mərkəzi Uşaq şöbəsinin 22 iyul Milli Mətbuat günü ilə əlaqədar Sumqayıt qəzeti redaksiyasına “Sumqayıt redaksiyasında bir gün” adı altında ekskursiyası təşkil edilib. Ekskursiya zamanı Sumqayıt qəzetinin redaktoru Sübhan Qafaroğlu milli mətbuatın tarixinə səyahət edərək, Azərbaycan mediasının, habelə 1952-ci ildə təsis olunan qəzetin inkişaf yolundan danışıb. Sonra qəzetin əməkdaşı Həqiqət xanım oxucuları redaksiyanın yaradıcılıq prosesi ilə tanış edib, qəzetə veriləcək materialların hazırlanması, redaktə və korrektə olunması, mövzular üzrə təsnifatlaşdırılması, mətbəə üçün yığılması kimi mərhələlər haqqında ətraflı bilgi verib. Daha sonra ekskursiya “Zərdabi” nəşriyyat-poliqrafiya müəsisəsində davam etdirilib. Müəssisənin rəhbəri, əməkdar mədəniyyət işçisi, Həsən bəy Zərdabinin nəticəsi Aydın Məlikov “Əkinçi” qəzetinin yaranma zərurəti haqqında dolğun məlumat verib. Aydın müəllimin iştirakı ilə mətbəədə də maraqlı ekskursiya gerçəkləşib. Çap prosesinin incə nüansları barədə uşaqlara maraqlı informasiya çatdırılıb. Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova oxucuları üçün unudulmaz təəssürat yaratdıqlarına görə Sübhan Qafaroğluya və Aydın Məlikova dərin təşəkkürünü bildirib.