SumgaitLibrary

+994 186520087


Mövzu gecəsi

20.07.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin 5 e sinif şagirdlərinin iştirakı ilə 20 iyul Beynəlxalq Şahmat gününə həsr olunan “Şahmat – zəka, məntiq, strategiya oyunu” adlı mövzu gecəsi keçirilib. Tədbirdə kitabxananın baş mütəxəssisi Leyla Mahmudova çıxış edərək insanlar tərəfindən icad olunan şahmat oyununun qədim tarixindən, onun yaranması haqqında rəvayətdən, şahmatın faydalarından danışaraq onun həm idmana, həm elmə, həm də incəsənətə yaxın olduğunu vurğulayıb. Azərbaycan şahmatına adlarını qızıl hərflərlə yazan, öz idman uğurları ilə nəinki ölkəmizdə, eləcə də dünyada tanınan Teymur Rəcəbov, Vüqar Həşimov, sumqayıtlı şahmatçılardan Şəhriyar Məmmədyarov, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və digərləri haqqında ətraflı məlumat verərək qeyd edib ki, FİDE-nin siyahısında Azərbaycan şahmatçılarından T.Rəcəbov, Ş.Məmmədyarov və V.Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer alıblar. Sonra tədbir 5 e sinif şagirdlərinin şahmat yarışı ilə davam edib. Tədbirin sonunda çıxış edən kitabxananın baş mütəxəssisi şahmatın yaranması və tarixindən bəhs edən kitablarla iştirakçıları tanış edib.