SumgaitLibrary

+994 186520087


“Azərbaycanın multikultural mühiti – avarlar”

18.07.2022-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Multikulturalizm ilə əlaqədar “Azərbaycanın multikultural mühiti – avarlar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın baş mütəxəssisi Leyla Mahmudova multikulturalizmin Azərbaycanda tarixi köklərindən, müxtəlif din və millətlərin burada birgəyaşayış ənənəsindən, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların tərkibi, Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunması və inkişafından danışıb. Sonra Azərbaycanın azsaylı xalqlarından biri olan avarlar haqqında danışılaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində sayca səkkizinci filmi olan “Azərbaycanda yaşayan avarlar” adlı sənədli filmi nümayiş olunub. Sonda tədbir iştirakçıları azsaylı xalqların adət-ənənələrini, folklorunu özündə əks etdirən “Azərbaycanda multikulturalizm” adlı kitab sərgisi ilə tanış edilib.