SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

29.06.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Mirzə Fətəli Axundzadənin 210 illiyi ilə əlaqədar “Müsəlman Molyeri” adlı ədəbiyyat saatı keçirilmişdir.Tədbirdə Uşaq şöbəsinin əməkdaşı Zübeydə Məmmədova peşəkar milli teatr sənətinin banisi, görkəmli nasir, alim və filosof Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyəti, əsərləri ilə bağlı oxuculara geniş məlumat verdi.