SumgaitLibrary

+994 186520087


Ədəbi marafon

28.06.2022-ci tarixində Sumqayıt Mərkəzi Uşaq Kitabxanası mütaliənin daha geniş, daha əhatəli təbliğinə şərait yaratmaq, kiçik yaşlılar və yeniyetmələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsinə, balalarımızın kitaba istiqamətləndirilməsinə, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaq məqsədilə “Yayı kitabla keçirək” adlı ədəbi marafon keçirib. Marafonun iştirakçıları 38 nömrəli tam orta məktəbin nəzdində yaradılan “Yay məktəbi” nin, Star Akademy Tədris mərkəzinin şagirdləri, valideynlər, kitabxananın fəal oxucuları olub. Kitabın, mütaliənin həyatımızda danılmaz rolundan danışan, görkəmli şəxslərin kitab haqqında müdrik kəlamlarından nümunələr söyləyən kitabxananın əməkdaşları tədbiri açıq elan ediblər. Tədbir uşaqların ifasında vətənpərvərlik ruhlu şeirlərin, şən mahnıların, əlvan rəqs nümunələrinin təqdimi ilə davam edib. Kitabxananın baş mütəxəssisi kiçik yaşlı tədbir iştirakçılarına “Qırmızıpapaq” fransız xalq nağılı əsasında hazırladığı kukla tamaşasını təqdim edib. Tədbirdə 38 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Vəfa Özceylan, Star Akademy Tədris mərkəzinin müəlliməsi Leyla Əsədova səmimi və isti qarşılanmaya görə kitabxana əməkdaşlarına təşəkkür edib, uşaqlara yay aylarında xoş anlar, faydalı mütaliə saatları və mədəni istirahət arzulayıblar. Sonda iştirakçılar kitabxananın abonement zalında uşaq ədəbiyyatının nəfis nümunələri əsasında tərtib edilən geniş kitab sərgisi ilə tanış olub.