SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

22.06.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsində Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkotiklərin olduğu bir dünyada yaşayırıq” adlı biblioqrafik xülasə keçirilmişdir. Tədbirdə Uşaq Şöbəsinin əməkdaşı Lalə Muradova oxuculara Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı geniş məlumat verərək bildirdi ki, narkomaniya insanlığın faciəsi, dövrümüzün ən fəlakətli xəstəliklərindən biridir. Sonda “Narkotiklərin olduğu bir dünyada yaşayırıq” adlı sərgidə nümayiş etdirilən kitab və dövrü mətbuat materialları ilə oxucuları ətraflı tanış etdi.