SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

19.06.2022-ci il tarixində Gənclər Kitabxanasında görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar “Uzaq Şimalda ürəyi Şərq dünyası üçün çırpınan böyük zəka” adlı informasiya saatı keçirilmişdir.Kitabxananın əməkdaşı Rəhilə Bağırova Mirzə Kazımbəyin həyat və yaradıcılıq yoluna nəzər salmış, qeyd etmişdir ki, Mirzə Kazımbəy Azərbaycan elminə dünya şöhrəti qazandırmış, bir sıra elm sahələrinin inkişafında müstəsna rol oynamış, zəngin elmi biliklərə, ensiklopedik zəkaya malik olmuşdur. O şərqşünaslıq, ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq, dinşünaslıq, etika, etnoqrafiya, pedaqogika sahəsində dünya elmi üçün bu gün də böyük əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir sıra fundamental əsərlər yazmışdır.R. Bağırova vurğulamışdır ki, onun qələmə aldığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri müstəsna əhəmiyyətə malikdir. Mirzə Kazımbəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısı, Sədinin “Gülüstan” əsərinin rus dilinə ilk tərcüməçisidir.