SumgaitLibrary

+994 186520087


“İnsan hüquqları aylığı”

18.06.2022-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 18 may - 18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində uşaqlara öz hüquqlarını necə qorumağı təbliğ etmək, uşaqlara qarşı işgəncələrin yolverimləz olduğunu, bədii ədəbiyyatda hüquqları pozulmuş uşaqların həyatından bəhs edən əsərlərin mütaliəsinə diqqəti cəlb etmək, həmçinin uşaqların ədəbiyyata, mütaliəyə marağını artırmaq məqsədlə bir qrup fəal oxucunun və valideynlərin iştirakı ilə tədbir keçirilmişdir.Tədbirdə kitabxananın baş mütəxəssisi Leyla Mahmudova ilk olaraq uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışmış, uşaq hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları haqqında məlumat vermişdir.Sonra oxuculardan Yusif Mürşüdzadə, Məhəmməd Hüseynli, Hidayət Abbaslı və İlqar Mikayıllının iştirakı ilə uşaqların ailədə, cəmiyyətdə hüquq pozuntularına mükəmməl nümunə olan Tağı Şahbazi Simurqun “Qayçı” hekayəsinin ucadan oxusu keçirilmişdir.Tədbir uşaq yaşlarından ağır işlərdə işləməyə mərcbur olaraq istismara məruz qalan, Məşədi Salman tərəfindən dəfələrlə laqeyid, amansız, kobud rəftarla üzləşən, sağlamlığını əlindən alan,fiziki inkişafına mane olan cəza növünün tətbiqi nəticəsində şikəst olan 8 yaşlı Məhəmməd obrazının acı taleyi ətrafında aparılan müzakirələrlə davam etmişdir.