SumgaitLibrary

+994 186520087


Ekskursiya

17.06.2022-ci il tarxində Səməd Vurğun adına Mərkəzi Kitabxana tərəfindən hazırlanan “Yayı kitabla keçirək” layihəsinə əsasən “Kids Mirror” Tədris Mərkəzinin kiçik yaş qrupunun Uşaq şöbəsinə “İlk dəfə kitabxanada” adlı ekskursiyası təşkil edilib.Uşaqları Yeganə Hüseynova qarşılayaraq kitabxana haqqında məlumat verib.Sonra onlara nağıl otağında yer alan tarixi guşədəki eksponatlar haqqında verilən məlumatlar xüsusi maraqla qarşılanıb. Daha sonra onlara “Çil toyuq və siçan balaları” nağılı oxuyaraq nağıl ətrafında yaranan suallar cavablandırılıb.Sonda bildirilib ki, bu yay ərzində “Yaya Kitabla” layihəsinə əsasən uşaqlar üçün müxtəlif səpgili maraqlı tədbirlər həyata keçiriləcək.