SumgaitLibrary

+994 186520087


“Azərbaycanda multikultiralizm”

16.06.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana klubunda “Azərbaycanda multikultiralizm” mövzusunda tədbir keçirilib. Tədbir milli azlıqlara daxil olan etnik qrup olan qrızlar haqqında disput şəklində aparılıb. Multimedia mütəxəssisi Səadət Allahverdiyeva ilk növbədə multikultiralizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olmasından, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın eyni hüquqa malik olmasından məlumat verib. Sonra milli azlıqlar, “Şahdağ xalqları” kimi fərqləndirilən, Azərbaycanın şimal zonasında yaşayan təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrup olan qrızlar haqqında oxuculara məlumat verərək, oxucuları maraqlandıran onların adət-ənənəsi, dili, yaşadıqları ərazilər haqqında sualları cavablandırıb. Sonda qeyd edilib ki, ölkəmiz humanitar əməkdaşlıqla, multikultiralizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edib.