SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.06.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubunda Milli Qurtuluş günü ilə əlaqədar “Qurtuluşdan başlanan yol” adlı dəyirmi masa keçirilib. Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə multimedia mütəxəssisi milli qurtuluş idealogiyasının inkişafının Azərbaycanın nüfuzunu daha da artırması, qazanılan bütün nailiyyətlərin əsasında Ümümmilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və prezident İlham Əliyevin siyasi kursu uğurla davam etdirməsi mövzusunda çıxış edib. 28 nömrəli məktəbin şagirdləri də mövzu ilə bağlı öz çıxışlarını etdikdən sonra kitabxanada təşkil olunan “Azərbaycanın özü qədər əbədi” adlı sərgi ilə tanış olublar.