SumgaitLibrary

+994 186520087


Məruzə

14.06.2022-ci il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan tərəqqiyə və Zəfərə” adlı məruzə keçirilmişdir. Kitabxananın əməkdaşı Rəhilə Bağırova Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlamasından bəhs edib. Qeyd edib ki, 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.