SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Şifahi məlumatlandırma
13.06.2022-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən 15 nömrəli məktəbdə Milli Qurtuluş günü ilə əlaqədar “Vətən göylərində doğan günəş – Qurtuluş günü” adlı şifahi məlumatlandırma keçirilmişdir. Uşaq şöbəsinin əməkdaşı Lalə Muradova şagirdlərə əlamətdar gündən söhbət açaraq bildirdi ki, siyasi qarşıdurma, iqtisadi böhran, bərbad xarici siyasət, dövlətçiliyimizin gələcəyi təhlükədə olarkən ulu öndər Heydər Əliyev ömrünün ən dəyərli anlarını xalqının azadlığı, istiqlalı, öz haqqına sahib çıxması yolunda apardığı mübarizəyə həsr etdi.O, Azərbaycanı, onun mədəniyyətini, tarixini dünyaya tanıtdı, xalqımızı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.Buna görə də müasir tariximizdə Azərbaycanın inkişafı, böyük uğurlar qazanması ulu öndərimizin adı, əməli fəaliyyəti, xalq qarşısındakı tarixi xidmətləri ilə bağlıdır.Sonda şagirdlər Vətənə, ulu öndərə həsr edilmiş şeirlər söylədilər.