SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

13.06.2022-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialında Milli Qurtuluş Gününə həsr olunan “Müstəqil Azərbaycan” adlı dəyirmi masa keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri iştirak edib. Tədbiri kitabxananın multimedia mütəxəssisi açaraq bildirib ki, 1993-cü il iyunun 15-də Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Digər qonaqlar da mövzu ətrafında çıxış edərək bildiriblər ki, Ümummilli liderin şəx-siyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.