SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

13.06.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana klubunda XIX əsr Azərbaycan ədəbiyyatının ən böyük ədəbi simalarından biri Mirzə Fətəli Axundovun 210 illik yubileyi ilə əlqədar “Sərgüzəşti mərdi xəsis” komediyasının müzakirəsi keçirilib. Tədbirdə 28 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Öncə multimedia mütəxəssisi kitabxanada təşkil olunan “Bizim yubliyarlar” adlı sərgi haqqında məlumat verib. Görkəmli dramaturqun yaradıcılığı və əsərin məzmunu haqqında məlumat verildikdən sonra şagirdlər əsərin əsas qəhrəmanı Hacı Qara obrazını, onun tamahkar əməllərini, xəsis simasını müzakirə ediblər. Komediyanın digər qəhrəmanları haqqında da şagirdlər maraqlı müzakirələr edərək hər bir obrazın mənfi və müsbət xüsusiyyətləri haqqında öz fikirlərini bildiriblər. Sonda qeyd olunub ki, “Hacı Qara” komediyası çağdaş dövrümüzdə öz aktuallığını saxlayır, insanda müsbət keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.