SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

11.06.2022-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Lirik şair və rəssam” adlı ədəbiyyat saatı keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin bir qism üzvüləri iştirak edib. Filialın multimedia mütəxəssisi Məlahət İsgəndərova qonaqları salamladıqdan sonra mövzu ilə bağlı qeyd edib ki, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvan öz dövrünün tərəqqipərvər qadını olub. O, təkcə bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyərək dövrünün ədəbi mühitinə yaxınlaşmaq məqsədilə ədəbi məclislər yaratmış, saray xaricində baş verənlərlə maraqlanmağa təşəbbüs etmişdir. Geniş dünyagörüşünə malik şairə öz zamanında bir sıra Azərbaycan şairlərinin meydana çıxmasına yardımçı olmuş, onlara köməklik göstərmişdir. O, "Məclisi-üns" adlı ədəbi məclis yaratmış, məclisin bütün xəricini öz üzərinə götürmüşdü.