SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

10.06.2022-ci il tarxində “İnsan Hüquqları aylığı” çərçivəsində Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Hüquq Resurs Mərkəzində “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi ilə birlikdə “Müstəqilliyimiz və insan hüquqları” adlı dəyirmi masa təşkil olunub. Tədbiri kitabxananın əməkdaşı Sevda Məhəmmədova açaraq İnsan hüquqları gününün tarixi haqqında məlumat verdikdən sonra birliyin vəkilləri Əsabəli Mustafayev, Zemfira Mustafayeva, Ruslan Mustafazadə mövzu ilə bağlı çıxış edərək tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda kitabxananın əməkdaşı Sima Həsənova nümayiş olunan kitabların xülasəsini verib.