SumgaitLibrary

+994 186520087


"Dostlar günü"

09.06.2022-ci il tarixində Sumqayıt “Dostlar Klubu”nun, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatı dəstəyi ilə 9 iyun Beynəlxalq “Dostlar günü”nə həsr olunan tədbir keçirilib. Tədbirin əsas məqsədi gənc oxucularla ziyalıların görüşünün təşkil olunması, “Fəal oxucu” layihəsi çərçivəsində keçirilən müsabiqədə fərqlənən oxucuların təltif edilməsi, yeniyetmə və gənclərin boş vaxtalarını daha səmərəli keçirməsi üçün kitab oxumağa marağı artırmaq olub. Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Sumqayıt “Dostlar Klubu”nun sədri tanınmış həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu açaraq klubun həyata keçirdiyi işlərdən danışaraq, bu günkü tədbirin mütaliənin təbliğinə həsr olunduğunu qeyd edib. “Dostlar günü”ndə ziyalılarımız kitabxanaya diqqət, mütaliəyə həvəs və kitabxanaçı əməyinə dəyər verməyin bu günkü gündə vacib olduğunu qeyd ediblər. Sonra rəsmi hissədə MKS-nin fəal oxucuarına və kitabxananın fədakar əməkdaşlarına “Dostlar klubunun” üzvləri tərəfindən sertifikat və hədiyyələr təqdim edilib. Sonda MKS-nin direktoru Yeganə xanım göstərilən bu təşəbbüsə və əməkdaşlığa görə ziyalıarımıza təşəkkür edib və əməkadaşlığımızın davam edəcəyinə ümid etdiyini bildirib. Səmimi ortamda keçirilən görüş musiqi nömrələri və çay süfrəsi ilə davam etdirilib.