SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

09.06.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Şuşa ili” ilə əlaqədar “Qarabağın döyünən ürəyi-Şuşa” adlı oxucu konfransı keçirilib.Tədbirdə 24 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.Multimedia mütəxəssisi Allahverdiyeva Səadət ilk öncə Şuşanın tarixindən ümumi məlumat verib, Şuşanın azad olunmasında 44 günlük müharibədə canından keçən oğullarımız haqqında çıxış edib.Oxucular Şuşanın gəzməli görməli yerləri, təbiəti, abidələri, incəsənət xadımləri, şairləri haqqında öz çıxışlarını etdikdən sonra kitabxanada təşkil olunmuş “Şuşa Qarabağın mirvarisi” adlı sərgi ilə tanış olublar.