SumgaitLibrary

+994 186520087


Bilik yarışması

08.06.2022-ci il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı və Sumqayıt şəhər MİHİ Sumqayıt bölməsinin dəstəyi ilə Nizami Gəncəvi adına kitabxana klubda “Tariximizi öyrənək, öyrədək” adlı bilik yarışması keçirilib. Mərkəzi kitabxananın “Xarıbülbül”, N.Gəncəvi adına kitabxana klubun “Zəfər”, M.Ə.Rəsulzadə adına kitabxananın “Zirvə”, Yaşıldərə” yaşayış massivi kitabxanasının “Uğur”, M.Ə.Sabir adına kitabxananın “Qələbə” komandaları arasında yarış baş tutub. 2 turdan ibarət olan yarışda komandalara Qarabağın dünənini, bu gününü özündə əks etdirən 20 sual verilib. Yekun nəticələrə görə I yerə “Xarıbülbül”, II yerə “Zəfər”, III yerə “Zirvə” komandaları layiq görülüblər.Qaliblər Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.