SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbi-bədii gecə
19.05.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubunda X.Natəvanın 190 illiyinə həsr olunan “Natəvanın lirik poeziyası” adlı ədəbi-bədii gecə keçirilib. Öncə kitabxananın multimedia mütəxəssisi Səadət Allahverdiyeva çıxış edərək şairənin yaradıcılığı haqqında məlumat verib. Sonra 24 nömrəli tam orta məktəbin 5d sinif şagirdləri şairənin qəzəllərindən bir neçəsini səsləndiriblər. Daha sonra onların ifasında Natəvanın Aleksandr Düma ilə şahmat oynadığı səhnə də təqdim edilib. Sonda kitabxana əməkdaşlarının X.Natəvan haqqında hazırladığı videoçarx nümayiş olunub və şagirdlər kitabxanada təşkil olunan “Şuşanın inciləri” adlı sərgi ilə tanış olublar.