SumgaitLibrary

+994 186520087


Vətən sevgisi ən ülvi duyğudur

19.05.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana və 25 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Qəhrəman günü ilə əlaqədar “Vətən sevgisi ən ülvi duyğudur” adlı maarifləndirici tədbir keçirilib. Tədbirə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanılıb. Kitabxananın əməkdaşları Gülarə Məhərova və Xəyalə Seyidnurova Azərbaycanın Milli Qəhrəmanı Aytəkin İsrail oğlu Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Cəsarət oğlu Muradov haqqında şagirdlərə maraqlı faktlardan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan söhbət açıblar.