SumgaitLibrary

+994 186520087


Ziyarət

18.05.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin təşəbbüsü, şəhid Anar Şükürovun sinif yoldaşlarının iştirakı və dəstəyi ilə onun ailəsi ziyarət olunub.Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Ziyarətin əsas məqsədi qəhrəmanın əmanəti Dilək balanın doğum gününü təbrik etmək olub. Onlar şəhidin övladına xoş arzular diləyiblər və böyüyəndə atası kimi layiqli vətəndaş olmasını arzulayıblar. Daha sonra şəhidlə bağlı xatirələr anılıb. Qeyd edək ki, polkovnik-leytenant Anar Şükürov təqaüddə olsa da, Vətən müharibəsinə könüllü şəkildə yollanaraq, ən ağır döyüşlərə qatılıb, əsgərlərinin həyatının xilası naminə canını fəda edib. Sinif yoldaşları orta məktəb xatirələrini bölüşərək Anarın orta məktəbdə oxuyarkən vətən sevgindən, yalnız hərb elmi barədə düşünməsindən danışıblar. Hal-hazırda Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adını daşıyır. Binəqədi rayonu 6-cı mikrorayonda isə küçəyə şəhidimizin adı verilib. Şəhidin anası Ema Şükürova ölkə başçısına şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib və şəhidin əmanətinin doğum günündə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.