SumgaitLibrary

+994 186520087


Görüş

18.05.20-22-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialında kitaba mütaliyəyə marağın artırılması, asudə vaxtın daha maraqlı və məzmunlu təşkili məqsədilə “Günün kitabla keçsin” layihəsinə uyğun olaraq yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Tədbirdə Q.Məmmədov adına Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbinin direktor müavini, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbiri kitabxananın böyük multimedia mütəxəssisi Şərəf Əliyeva açaraq oxucularda kitaba marağın artırılmasında kitabxanaların rolundan, sistemlilik prinsipinin təşkilindən, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyillərinin yönəldilməsindən danışıb. Sonra çıxış edən yazıçı-publisist Eyruz Məmmədov uşaq və yeniyetmələrin mütaliə vərdişlərində kitabxananın imkanlarını cəmiyyətə göstərmək məqsədilə təşkil etdikləri "Dostlar klubu”nun məramından, dahi mütəfəkkirlərin, elm və sənət xadimlərinin kitab, mütaliə haqqında dəyərli fikirlərindən sitatlar gətirib. O, kitabın insan xarakterinə, düşüncəsinə bilavasitə təsirini yaxşı kitablardan öyrənməyi məsləhət verib, sonra uşaqların müxtəlif mövzulu suallarını cavablandırıb. Sonda tədbirin təşkilatçıları oxucularla səmimi söhbətə, faydalı məsləhət və tövsiyələrə görə tədbirin fəxri qonağı Eyruz Məmmədova öz təşəkkürlərini bildiriblər.