SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ekskursiya
18.05.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxananın nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyinin rəhbəri Günel Aslanova şagirdləri ilə birgə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Sumqayıt şəhərinin Tarixi muzeyinə ekskursiya ediblər. Muzeyin əməkdaşı şagirdləri muzeyin birinci mərtəbəsinin ekspozisiya zalında yerləşən Sumqayıt şəhərinin ərazisini əks etdirən maket, saxsı, mis qablardan ibarət guşə və şəhərin yaranması haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər muzeyin ikinci mərtəbəsində böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, səhiyyə və mədəniyyət ocaqları,əmək qabaqcılları haqqında əks olunan məlumatlarla tanış olublar. Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr olunan “Ulduz axını” abidəsi də şagirdlərin marağına səbəb olub. Sonda ekskursiya iştirakçıları muzeydə xatirə şəkil çəkdiriblər.