SumgaitLibrary

+994 186520087


Dünyanın ən zəngin muzeyləri

17.05.2022-ci il tarixində Mərkəzi uşaq kitabxanasında fəal oxucuların iştirakı ilə 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə “Dünyanın ən zəngin muzeyləri” adlı tədbir keçirilmişdir. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə keçirilən bu günün məqsədi, təsis tarixi, cəmiyyətin həyatında muzeylərin mühüm rolu haqqında məlumat vermiş, dünyanın ən böyük, zəngin və daha çox ziyarət edilən sənət muzeylərindən sayılan Vatikan muzey kompleksi, Çində yerləşən İmperator saray muzeyi, Fransanın Paris şəhərində yerləşən Luvr muzeyi, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyi, haqqında danışmış, daha sonra iştirakçılar sözügedən muzeylərə virtual səyahət etmişdir. Oxucular muzeylər haqqında maraqlı və faydalı məlumatlarla zəngin videoçarxlar vasitəsilə bu muzeylərin yaranma tarixi, yerləşdikləri coğrafiya, fondları, sərgi və ekspozisiya zalları, burada sərgilənən əsərlər haqqında geniş məlumatlarla tanış olmuş, beləliklə onların mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərinin artırmasına xidmət edəcək bir sıra maraqlı faktları öyrənmiş oldular.