SumgaitLibrary

+994 186520087


Anım günü

16.05.2022-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda Uşaq və gənclər arasında 44 günlük Vətən müharibəsi şəhidlərini tanıtmaq üçün “Hər şəhid bir zirvədir” adlı layihə əsasında may ayında doğulan Sumqayıt şəhidləri Şirbala Hüseynov, Muradov Vüsal, Təhməzov Rövşən, Allahverdizadə Elnur,Rzayev Tərlan, Quliyev Şəhriyarın həsr olunmuş “Elin fəxri oğulları” adlı anım günü keçirilmişdir. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın əməkdaşı Əhmədova Nəzakət tədbir iştirakçılarına 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini diqqətə çatdırdı. Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır. Biz bütün Azərbaycan xalqı olaraq öz məsuliyyətimizi dərk edirik. Şəhidlərimizin amalı qəlbimizdə möhkəm yer tutur. Biz hamımız bu müqəddəs amalı və şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq. Tədbirdə iştirak edən Sumqayıt şəhər 39 saylı orta məktəbin 7 ç sinif şagirdləri Şahverdiyeva Vəfa, Həsənli Humay, Səmədova Türkan, Behbudov Kamran, Orucova Mədinə şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.