SumgaitLibrary

+994 186520087


"Mənim ailəm mənim qalamdı"

15.05.2022-ci tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Laçın rayonunun M.İsmayılov adına Cicimli kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Beynəlxalq Ailə Günü ilə əlaqəda “Mənim ailəm mənim qalamdı” adlı tədbir keçirilib. Kitabxananın əməkdaşı Gülbəs Həsənova mövzu ilə əlaqədar məlumat verərək bildirdi ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ailənin mənəvi cəhətdən zənginləşməsinin cəmiyyətimiz üçün layiqli, vətənpərvər övladların yetişməsində mühüm rolu vardır. Sonda sinif müəlliməsi Emma Məmmədova belə tədbirlərin keçirilməsinin uşaqların tərbiyəsi, dünyagörüşünün formalaşması üçün vacibliyini vurğulayaraq kitabxana işçilərinə öz minnətdarlığını bildirdi.