SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

13.05.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana və 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 15 May-Beynəlxalq Ailə günü ilə əlaqədar “Ailəm mənim xəzinəmdir” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva açaraq ailə dəyərlərindən bəhs etməklə vurğuladı ki, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Sonra Qadın Resurs Mərkəzinin koordinatoru, Beynəlxalq Miqrasiya Təşkilatının təlimçisi Günel Ələkbərova mövzu ətrafında iştirakçıları təlimatlandırmaqla onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə eləcə də Sumqayıt şəhər MKS-in direktor müavini Natəvan Axundzadə, Abonement bölməsinin müdiri Zemfira Mirzəyeva, məktəbin kitabxanaçısı Şirin Abdullayeva çıxış edərək vurğuladılar ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Tədbir müzakirələrlə davam edib.