SumgaitLibrary

+994 186520087


Görüş

13.05.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Ailə Günü ilə əlaqədar kitabxananın nəzdində fəaliyyət göstərən “Veteran” klubun üzvləri ilə gənc oxucuların görüşü keçirilib. İlk olaraq multimedia mütəxəssisi Dilarə Ağakişiyeva “Ailə dəyərləri” adlı bu görüşün keçirilməsinin məqsədi haqqında çıxış edib. Sonra ailə daxili münasibətlərin tənzimlənməsi, ailənin hüququ adət və əxlaq normaları haqqında geniş müzakirələr aparılıb. Yaşlı nəslin nümayəndələri gəncləri maraqlandıran sualları cavablandıraraq öz tövsiyələrini veriblər. Sonda mövzu haqqında kitabxana əməkdaşlarının hazırladığı videoçarx nümayış olunub.