SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

12.05.2022-ci il tarixində Gənclər Kitabxanasının təşkilatçılığı ilə 38 saylı tam orta məktəbində görkəmli bəstəkar və tanınmış ictimai xadim, Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə “Musiqi kəhkəşşanının parlaq ulduzu” adlı informasiya saatı keçirilmişdir. Kitabxananın əməkdaşı bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb, qeyd edib ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır.