SumgaitLibrary

+994 186520087


Yayı kitabla keçirək

11.05.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında kitaba, mütaliəyə marağın artırılması, asudə vaxtın daha maraqlı və məzmunlu təşkili məqsədilə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən irəli sürülən “Yayı kitabla keçirək” adlı layihəyə əsasən “Ziyalılarımızı tanıyaq” adlı tədbirlə start verilmişdir. Tədbir yazıçı-publisist, əməkdar jurnalist Eyruz Məmmədov, 12 nömrəli tam orta məktəbin şagirdləri, müəllim və valideynlərin iştirakı ilə baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova oxucuların mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı təklif olunmuş bu layihənin əhəmiyyəti, kitabın insan həyatındakı əvəzsiz rolu, mütaliənin faydaları haqqında məlumat vermişdir. Daha sonra çıxış edən yazıçı-publisist, əməkdar jurnalist Eyruz Məmmədov kitabın, mütaliənin statusunu, uşaq və yeniyetmələrin asudə vaxtının təşkilində kitabxananın rolunu yüksəltmək, kitabı və mütaliəni kitabxanadan kənara çıxarmaq, uşaq və yeniyetmələrin mütaliə vərdişlərində kitabxananın imkanlarını cəmiyyətə göstərmək məqsədilə təşkil etdikləri “Dostlar klubu”nun məramından, dahi mütəfəkkirlərin, elm və sənət xadimlərinin kitab, mütaliə haqqında dəyərli fikirlərindən sitatlar gətirmiş, kitabın insan xarakterinə, düşüncəsinə bilavasitə təsiri haqqında danışmış, həyatı yaxşı kitablardan öyrənməyi məsləhət vermiş, sonra uşaqların müxtəlif mövzulu suallarını cavablandırmışdır.