SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

10.05.2022-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxana Abonement bölməsi 15 saylı orta məktəbdə Xalq şairi Musa Yaqubun anadan olmasının 85 illiyi ilə əlaqədar olaraq “Payızdan yaza yol varmı” adlı ədəbiyyat saatı keçirmişdir. Tədbiri giriş sözü ilə Abonement bölməsinin böyük mütəxəssisi Bela Quliyeva açaraq görkəmli şairimiz Musa Yaqubun həyat və yaradıcılığından, onun haqqında yazılan xatirələrdən söhbət açmaq üçün sözü Abonement bölməsinin multimedya mütəxəssisi Xəyalə Seyidnurovaya vermişdir. Sonra böyük mütəxəssis Bela Quliyeva Musa Yaquba həsr olunmuş sərgidəki kitabların xülasəsini vermişdir.Sonda isə 15 saylı məktəbin şagirdləri Qurbanova Ayşən, Kərimli Arzu, Kazimova Fatimə, Xanquluzadə Fatimə, Quliyeva Nərmin, Piriyev Raul Musa Yaqub seirlərindən nümunələr söyləmişdir.