SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

10.05.2022-ci il tarixində Gənclər kitabxanasında 16 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Türk dünyasının fenomen lideri” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycanın dövlət Himni səslənmiş və Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri kitabxana müdiri Sona Eminova açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib, siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması istiqamətində misilsiz işlər görüb. Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, qoyub getdiyi zəngin irsin tədqiq və təbliği daim xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Tədbirin sonunda “Dəyirmi masa”nın iştirakçıları Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olmuş, “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filminə baxmışlar.