SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

22.01.2022-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 130 illiyi ilə əlaqədar “Rənglərin ahəngi” adlı şifahi məlumat saatı keçirilmişdir.Multimedia mütəxəssisi Ağayeva Lalə oxuculara Bəhruz Kəngərlinin yaradıcılığının mövzu və janr cəhətdən geniş və əhatəli olmasından,əsərlərini sulu boya, yağlı boya, tuş, qələm və kömürlə işləməsindən, əsərlərini bir neçə rakursdan müxtəlif rəsm texnikalarında icra etməsindən söhbət açmışdır.Həmçinin qeyd etmişdir ki formanın plastikliyi, xətti və hava perspektivi, fəza dərinliyi, kölgə-işıq və rəng keçidləri, incə rəng nüansları kimi realist boyakarlığın əsasını təşkil edən ifadə vasitələri Azərbaycan incəsənətinə ilk dəfə Bəhruz Kəngərli tərəfindən gətirilmişdir.