SumgaitLibrary

+994 186520087


Xatirə günü

19.01.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı kitabxananın anım tədbirləri silsiləsinə daxil olan növbəti “Yaşayacaq xatirəniz ürəklərdə nəsil-nəsil adlı xatirə günü keçirildi.Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən MUK-un multimedia mütəxəssisi Səbinə Qasımova və məktəbin tərbiyə işləri üzrədirektor müavini Könül Allahverdiyeva1990-cı il yanvarın 20-də Bakıda törədilmiş misilsiz faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin tarixi hünərindən danışıb, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açdılar. Tədbirdə şagirdlərin ifasında şəhidlərin hünərinə, azadlıq və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndi, mahnı ifa olundu.