SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

18.01.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı 38 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə “Tarix boyu yaşar ölməz adınız” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən MUK-un multimedia mütəxəssisi Səbinə Qasımova və məktəbin Alman dili müəlliməsi Sona Əhmədova 20 Yanvar faciənin tarixi, qanlı hadisələrin törədilməsinin əsas məqsədi, nəticələri, ibrət dərsləri və bu hadisələrin müstəqillik tariximizdə oynadığı mühüm rolu haqqında məlumat verdilər. Tədbirdə şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirləri və ədəbi-bədii kompozisiya ilə nümayiş etdirdilər. Tədbir kitabxana işçiləri tərəfindən hazırlanmış və 20 Yanvar faciəsini əks etdirən videoçarxın nümayişi ilə sona yetdi.